Azarkeşlər "Old Trafford"da oyunu ayaqüstə izləyə biləcək

11:58 - 30 Aprel 2020

"Mançester Yunayted" növbəti mövsümdən "Old Trafford"da azarkeşlərin oyunları ayaqüstə izləyə biləcəyini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, klub 1500 azarkeş üçün təhlükəsizlik baryerlərinin quraşdırılması üçün icazə aldığını bəyan edib. 

 

1989-cu ildə "Liverpul" və "Notingem Forest" klublarının qarşılaşdığı "Hillsboro" stadionunda tribunanın çökməsi nəticəsində 96 nəfər azarkeş ölmüşdü Həmin hadisədən sonra İngiltərədə azarkeşlərin ayaqüstə oyun izlməsi qadağan olunub.

Xəbər xətti