"Messi və Suareslə oynamaq asan deyil" - Savioladan Martinesə

12:12 - 30 Aprel 2020

"Barselona"nın keçmiş futbolçusu Xavyer Saviola "İnter"in hücumçusu Lautaro Martinesin Kataloniya klubuna mümkün transferi barədə danışıb.

 

Sportal.az xəbər verir ki, argentinalı veteran hücumçu Martinesin "Barselona"ya uyğun futbolçu olduğunu bildirib:

 

"Düzünü demək lazımdırsa, Lautaro "Barsa"ya uyğun futbolçudur. Luis Suares, Lionel Messi və digər güclü futbolçuların ətrafında oynamağın nə demək olduğunu bilirik. Onlarla birgə oynamaq heç də asan deyil. Messinin sürətinə çatmaq üçün yüksək konsentrasiya ilə oynamaq lazımdır. Bu, asan görünə bilər, amma elə deyil".

 

Lautaro Martines bu mövsüm "göy-qara" formada 31 oyunda 16 qol vurub, 4 assist edib. 22 yaşlı argentinalı futbolçunun sərbəst qalma qiyməti 111 milyon avrodur.

Xəbər xətti