Kanselu "Barselona"ya, Semedu "Mançester Siti"yə keçir

11:11 - 1 May 2020

"Barselona"nın müdafiəçisi Nelson Semedu Joau Konselunun əvəzinə "Mançester Siti"yə keçəcək.

 

Sportal.az "Sport" nəşrinə istinadən xəbər verir ki, klublar danışıqların son mərhələsindədir və yaxın günlərdə müqavilə imzalanacaq.

 

Katalonlar Semedu üçün 45 milyon avro tələb etsə də, belə dəyişikliyə razılaşıb.

 

"Barsa" portuqaliyalı sağ cinah müdafiəçisini 2017-ci ildə "Benfika"dan 30 milyon avroya transfer edib. 26 yaşlı futbolçu bu mövsüm 21 oyun keçirib.

 

"Mançester Siti" isə Kanselunu "Yuventus"dan almışdı. "Şəhərlilər" portuqaliyalı sağ cinah müdafiəçisi ümün 28 milyon avro və futbolçusu Danilonu qarşı tərəfə vermişdi. 25 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 11 oyun keçirib.

Xəbər xətti