Trent Aleksander-Arnold: "Ceydon Sanço "Liverpul"a gəlsə, çox sevinərəm"

16:16 - 1 May 2020

"Liverpul"un müdafiəçisi Trent Aleksander-Arnold "Borussiya"nın vingeri Ceydon Sançonun "qırmızılar"a mümkün transferi barədə danışıb.

 

Sportal.az xəbər verir ki, o, 20 yaşlı futbolçunun xüsusi istedada sahib olduğunu deyib:

 

"Sanço bizə gəlsə, komanda daha yaxşı vəziyyətə gələr. Bu transfer gerçəkləşsə, çox sevinərəm. Onunla İngiltərə millisində oynamışam və çox xüsusi istedada sahib olduğunu deməliyəm".

 

Sanço 2017-ci ildən Dortmund klubunda çıxış edir. O, "Mançester Siti" və "Uotford"un gənclər komandasında oynayıb.

Xəbər xətti