Fabreqas: "Neymar Ronaldinyo ilə eyni səviyyədədir"

17:38 - 2 May 2020

"Monako"nun yarımmüdafiəçisi Sesk Fabreqas PSJ-nin hücumçusu Neymar barədə danışıb.

 

Sportal.az xəbər verir ki, ispan futbolçu "Barselona"da birgə oynadığı futbolçunu Ronaldinyo ilə eyni səviyyədə gördüyünü deyib:

 

"Neymar böyük ulduzdur. Ronaldinyo ilə eyni səviyyədədir. İstədiyi zaman böyük fərq yarada biləcək simadır. Çox böyük superulduzdur. Bu mövsüm PSJ-yə qarşı keçirdiyimiz 2 oyunda bizi məhv elədi.

 

"Barselona"da Lionel Messi, Luis Suares və digər futbolçular Neymarı çox sevirdi. Çətin oyunlarda bir ötürməsi, driblinqi və ya assisti matçın taleyini həll edə bilirdi. Komandada ən yaxşılardan biri idi. Meydandan kənarda da yaxşı oğlandır. Əsl uşaqdır. Həmişə xoşbəxtdir və həyatdan həzz alır".

Xəbər xətti