Villian: "Əzəli rəqiblərdən birinə keçə bilərəm"

10:54 - 3 May 2020

Mövsümün sonu "Çelsi" ilə müqaviləsi başa çatacaq Villian gələcəyi barədə danışıb.

 

Sportal.az xəbər verir ki, braziliyalı vinger "zadəganlar"ın əzəli rəqiblərindən birinə keçə biləcəyini deyib:

 

"Azarkeşlər məni çox sevir, mən də onlara böyük hörmət göstərirəm. Əgər "Çelsi"dən problemsiz ayrılsam, əzəli rəqiblərdən birinə gedə bilərəm. Londonda xoşbəxtəm. Gedəcəyim klubun paytaxtı təmsil edib-etməməsi barədə danışa bilmərəm. Bunun cavabını bilmirəm. Londonu tərk edə bilərəm və ya karyeramı İngiltərədən fərqli ölkədə davam etdirməyim mümkündür.

 

Joze Mourinyo ilə münasibətim yaxşıdır, amma "Tottenhem"dən təklif almadım. Mourinyo birgə çalışdığım ən yaxşı baş məşqçidir. O, həm də dostumdur. Hər zaman potensialıma güvənib və məni oynadıb".

 

31 yaşlı futbolçu bu mövsüm 37 oyunda 7 qol vurub, 6 assist edib.

Xəbər xətti