"Real" Xameslə bağlı qərarını dəyişdi

17:28 - 4 May 2020

Xames Rodriqes "Real"da qala bilər.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, komandanın baş məşqçisi Zinəddin Zidan məşqlər bərpa olunduqdan sonra kolumbiyalı futbolçuya növbəti şans verəcək.

 

Daha öncə "kral klub"unun 28 yaşlı yarımmüdafiəçini yayda satmağa hazırlaşdığı bildirilirdi. Xames özü də Madrid klubundan getməyə həvəsli idi.

 

Ancaq koronavirus pandemiyası planları dəyişdirib. "Real"da futbolçuların maaşı əvvəlki qədər çox olmayacaq. Həm də klub bahalı futbolçunu ucuz qiymətə satmaq fikrində deyil.

 

Kolumbiyalı futbolçunun "Real"la müqaviləsi 2021-ci ilin yayında bitir.

Xəbər xətti