Dibala koronavirusdan qurtuldu

23:23 - 6 May 2020

"Yuventus"un hücumçusu Paulo Dibala koronavirus infeksiyasından qurtulduğunu bəyan edib.

 

Sportal.az xəbər verir ki, argentinalı futbolçu "Instagram" hesabında bu barədə məlumat yayıb: "Üz cizgilərim bunu deyir: nəhayət, COVID-19-dan qurtuldum!"

 

26 yaşlı hücumçu və müğənni sevgilisi Oriana Sabatini koronavirusa yoluxmuşdular. Turin klubunun COVID-19 pandemiyasına tutulan digər oyunçuları - Blez Matyuidi və Daniele Ruqani də sağalıb. Futbolçular ev təcridində deyil və tezliklə məşqə qoşulacaqlar.

Xəbər xətti