"Nainqqolan məşqçi ilə siqaret çəkmək üçün paltardəyişmə otağını tərk etdi"

10:10 - 7 May 2020

"Roma"nın keçmiş müdafiəçisi Leandro Kastan açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı braziliyalı futbolçu komanda yoldaşı olmuş Raca Nainqqolan barədə danışıb:

 

"Nainqqolan "Kalyari"dən gəldi və mən onu yaxşı tanımırdım. Ancaq ilk matçında hansısa futbolçunu kobud şəkildə yıxdı və necə oyunçu olduğunu bildim. Yaxşı futbolçu olsa da, təəssüf ki, çox mübahisəli vərdişləri var. "Roma"da köməkçi məşqçi ilə siqaret çəkmək üçün paltardəyişmə otağını tərk etdi. Sevdiyi şeyi etdi və insanların bu barədə nə düşünəcəyini göz önünə almadı. Bundan sonra meydana çıxdı və komandaya önəmli fayda verdi".

 

Nainqqolan hazırda "Kalyari"də çıxış edir. 32 yaşlı belçikalı yarımmüdafiəçi 21 oyunda 5 qol vurub, 6 assist edib.

Xəbər xətti