"Yuventus"un Milik planı

16:01 - 8 May 2020

"Yuventus" "Napoli"nin hücumçusu Arkadiuş Miliki transfer etmək istəyir.

 

Sportal.az calciomercato.com-a istinadən xəbər verir ki, Turin təmsilçisi "River Plyet"ə keçəcəyi iddia edilən Qonsalo İquainin əvəzinə polşalı forvardı almaq fikrindədir.

 

"Qoca sinyora" "İnter"in PSJ-yə icarəyə verdiyi Mauro İkardi və "Mançester Siti"nin hücumçusu Qabriel Jezus ilə də maraqlanır. Ancaq bu futbolçuların bahalı olması klubun işini çətinləşdirir.

 

Məlumatda qeyd edilib ki, "ağ-qaralar" Milik üçün neapollulara 40 milyon avro ödəməyə hazırdır.

 

26 yaşlı hücumçunun "Napoli" ilə müqaviləsi 2021-ci ilin iyunun 30-da tamamlanacaq.

Xəbər xətti