A Seriya klubları yanvardan bəri futbolçulara maaş ödəmir

15:33 - 10 May 2020

İtaliya A Seriyasının ən azı 6 klubu yanvardan sonra futbolçulara maaş ödəmir.

 

Sportal.az "La Repubblica" nəşrinə istinadla xəbər verir ki, klublar məvacibi azaltmaq üçün oyunçularla ortaq məxrəcə gələ bilmir. Bəzi klublar koronavirus pandemiyasının təsirlərinə görə məvacibləri dondurub.

 

Bəzi futbolçular klub rəhbərlərindən azaldılan maaşdan yığılan pulun işçi və qadın komandalarına ayrılması üçün zəmanət istəyib.

Xəbər xətti