Azmunun transferi Mertensin qərarından asılıdır

15:43 - 10 May 2020

"Napoli" hücumçusu Dris Mertens ilə yeni müqaviləni həll etməyənə qədər "Zenit"in futbolçusu Sərdar Azmunun transferi ilə bağlı danışığa başlamayacaq.

 

Sportal.az "La Gazetta dello Sport"a istinadla xəbər verir ki, neapollular Azmunu belçikalı futbolçuya əvəzləyicisi kimi görür.

 

İddia edilir ki, 33 yaşlı futbolçu "Napoli" ilə müqaviləsini uzatmayacaq və mövsüm başa çatandan sonra komandadan ayrılacaq. Təcrübəli oyunçu ilə "Mançester Yunayted", "Arsenal", "Çelsi", "Liverpul" və "İnter" klublarının maraqlandığı xəbərdə qeyd edilib.

 

İran millisinin üzvü 2019-cu ildə "Rubin"dən "Zenit"ə keçib. 25 yaşlı hücumçu bu mövsüm 21 oyunda 10 qol vurub, 6 assist edib. Sərdarın Sankt-Peterburq klubu ilə müqaviləsi 2022-ci ildə bitir.

 

Xəbər xətti