"Mançester Yunayted" Vinisiusu transfer etmək istəyir

22:30 - 11 May 2020

"Mançester Yunayted" "Benfika"nın hücumçusu Karlos Vinisius ilə maraqlanır.

 

Sportal.az "Record"a istinadla xəbər verir ki, "qırmızı şeytanlar" Portuqaliya Premyer Liqasının bombardiri üçün təklif hazırlayır. Ən yaxın transfer pəncərəsində Mançester klubu braziliyalı futbolçunun keçidi üçün danışıq aparacaq.

 

"Benfika" 25 yaşlı oyunçunu 2019-cu ildə "Napoli"dən 17 milyon avroya transfer edib. Vinisius bu mövsüm Portuqaliya Premyer Liqasında 22 oyunda 15 qol vurub və 7 assist edib. Onun Lissabon təmsilçisi ilə sözləşməsi 2024-cü ilin iyunun 30-da bitəcək.

Xəbər xətti