Simeone Kloppun cavabını verdi

15:20 - 12 May 2020

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone "Liverpul"un baş məşqçisi Yurgen Kloppun onların oyun tərzini bəyənməməsinə cavab verib.

 

Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis Çempionlar Liqasının 1/8 finalında "Liverpul"a bəxt sayəsində qalib gəldikləri fikri ilə razılaşmayıb:

 

"Futbol boks kimidir - nə vaxt hücum etməyinizi bilməlisiniz. Biz güclü tərəflərimizi bilirik. İnanılmaz dərəcədə güclü olan "Liverpul"a problemlər yaşada biləcəyimizi anlayırdıq. Bəxtimiz gətirib? 0:2 hesabı ilə uduzan komandanın 3 qol vurduğunu fikirləşirəm və bu, bəxtlə əlaqəli deyil. Oyunu bütöv dəyərləndirmək lazımdır".

 

Klopp "Enfilld"ə "Liverpul"un "Atletiko"ya 2:3 hesabı ilə uduzub, mərhələni dayandırdığı matçdan sonra Madrid təmsilçisinin oyun tərzini bəyənmədiyini söyləmişdi.

Xəbər xətti