5 qat çempion Qazaxıstan Premyer Liqasından uzaqlaşdırıldı

18:02 - 30 May 2020

“İrtış” klubu Qazaxıstan Premyer Liqasından uzaqlaşdırılıb.

 

Sportal.az xəbər verir ki, Pavlodar təmsilçisi maddi öhdəlikləri yerinə yetirə bilmədiyi üçün çempionatdan kənarlaşdırılıb.

 

"İrtış"ın iflas olduğu barədə xəbərlər yayılmışdı.

 

Klub 5 dəfə ölkə çempionu olub.

Xəbər xətti