"Çelsi"dən Premyer Liqa rəhbərliyinə təklif

11:30 - 2 İyun 2020

"Çelsi" bərpa edilməsinə qərar verilən İngiltərə Premyer Liqası üçün maraqlı təklif irəli sürüb.

 

Sportal.az "Daily Mail"ə istinadla xəbər verir ki, London təmsilçisi ehtiyat oyunçuların sayının 7-dən 9-a yüksəldilməsini təklif edib. "Zadəganlar" Premyer Liqa rəhbərliyinə rəsmi müraciət edib.

 

İyunun 11-də keçiriləcək iclasda bu məsələ də müzakirə ediləcək.

 

İngiltərə Premyer Liqası iyunun 17-də bərpa ediləcək.

Xəbər xətti