"Çempionatı istədiyiniz formatda bitirin" - UEFA-dan federasiyalara məktub

08:34 - 8 İyun 2020

UEFA çempionatı hələ bərpa etməyən ölkələrin federasiyalarına bildiriş göndərib.

 

Sportal.az xəbər verir ki, qitə quurmu assosiasiyalara çempionatları istənilən formatda bitirməkdə sərbəst olduqlarını nəzərə çatdırıb:

 

"Liqalar barədə qərarı federasiyaların ixtiyarına buraxdığımızı bilməlisiniz. Assosiasiyalar xüsusi tədbirləri nəzərə alaraq, çempionatları istənilən formatla başa vura bilər".

 

Ali qitə qurumu mövsümə avqustun 2-də yekun vurulması barədə istəyini məktubda bir daha qeyd edib.

Xəbər xətti