"İnter" Moratanın transferi üçün hərəkətə keçdi

13:40 - 8 İyun 2020

"Atletiko"nun hücumçusu Alvaro Morada "İnter"ə transfer ola bilər.

 

Sportal.az "Tuttosport"a istinadla xəbər verir ki, Milan təmsilçisi ispan hücumçunu Lautaro Martinesə əvəzləyici kimi baxır. Məlumata görə, "göy-qaralar" Madrid klubu ilə danışığa başlayıb.

 

"Atletiko" hələ Moratanın transfer hüuquna tam yiyələnməyib. "Hindular" yayda 27 yaşlı hücumçunu "Çelsi"dən birdəfəlik alacaq. Bu keçid "Atletiko"ya ümumilikdə 50 milyon funt-sterlinqə başa gələcək.

 

Morata daha öncə İtaliyada "Yuventus"un şərəfini qoruyub. O, bu mövsüm 23 oyunda 8 qol vurub, 1 assist edib.

Xəbər xətti