Sneyder karyerasını bərpa edə bilər

18:08 - 8 İyun 2020

Braziliyanın "Vasko da Qama" klubunun prezidentliyinə namizəd olan Luis Roberto Leven Siano rəhbər posta gələcəyi təqdirdə, önəmli transferlər edəcəyini bildirib.

 

Sportal.az xəbər verir ki, "Breşiya"nın hücumçusu Mario Balotelli və "Əl-Hilal"ın forvardı Sebastian Covinko Rio-de-Janeyro təmsilçisinin hədəfindədir.

 

Prezidentliyə namizəd olan Luis Robertonun digər hədəfi Niderland millisinin keçmiş üzvü Uesli Sneyderdir. O, ötən mövsüm karyerasını başa vuran 35 yaşlı yarımmüdafiəçini futbola qaytarmağa çalışacaq.

 

"Ayaks"ın yetirməsi "Real" (Madrid), "İnter", "Qalatasaray", "Nitsa" kimi klublarda çıxış edib. Sneyder Niderland millisində 134 oyuna 31 qol vurub.

 

Xəbər xətti