Zaur Həşimov: "İstədiyimiz oyunu görmək üçün iki həftə yetərli deyil"

09:00 - 11 İyun 2020

"Zirə"nin baş məşqçisi Zaur Həşimov "Səbail"lə keçirilən yoxlama oyunundan (2:2) sonra mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, o, oyunu şərh edib:

 

"Üç aya yaxındır futbol oynamırdıq. Ayın 1-dən müəyyən fasilələrlə məşqə başlamışıq. İstədiyimiz o idi ki, futbolçularda həvəs görək. Fikrimcə, bunu görə bildik. İstədiyimiz oyunu görmək üçün 2 həftə yetərli deyil. Ancaq başqa variant da yoxdur".

Xəbər xətti