Levandovski şəxsi rekordunu yenilədi

16:38 - 11 İyun 2020

"Bayern"in hücumçusu Robert Levandovski şəxsi rekordunu yeniləyib.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı futbolçu Almaniya kubokunun yarımfinalında “Ayntraxt”la matçda (2:1) fərqlənərək buna nail olub.

 

O, cari mövsüm keçirdiyi 39 oyunda vurduğu qolların sayını 45-ə yüksəldib. Bununla da polşalı futbolçu şəxsi rekordunu daha da yaxşılaşdırıb.

 

Levandovski 2016-2017-ci il mövsümündə 47 oyunda 43 qol vurub.

Xəbər xətti