"Transfer dönəmi 2 il ərzində soyuq keçəcək"

17:41 - 11 İyun 2020

İspaniya Peşəkar Futbol Liqasının rəhbəri Xavyer Tebar COVID-19 pandemiyasının futbola edəcəyi mümkün təsirlərdən danışıb.

 

Sportal.az xəbər verir ki, o, futbolda böyük məbləğdə transferlərin 2 il reallaşmayacağını deyib:

 

"PSJ-nin Neymar üçün ödədiyi 222 milyon avroluq transferlər artıq olmayacaq. Transfer dönəmi 2 il ərzində soyuq keçəcək. Komandalar mövcud heyəti qorumağa çalışacaqlar. Transferlər isə bahalı olmayacaq. Klubların gəlirləri azalıb. Sponsor, bilet və muzeylərdən əldə edilən gəlirlər dondu. Futbolçuların maaşlarının və digər xərclərin azaldılması vacib şərtdir. Bu mövsüm klubların futbolçu satışından böyük gəlir əldə edəcəyi inandırıcı görünmür".

 

Tebas İspaniyada stadionların 15 faiz azarkeşlə doldurulmasının mümkün ola biləcəyini də bildirib. 

Xəbər xətti