Azərbaycan qran-prisi ləğv edildi - rəsmi

12:42 - 12 İyun 2020

Formula 1 üzrə Azərbaycan Qran-prisi ləğvi rəsmən açıqlanıb.

 

Sportal.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin yaydığı bəyanatda bildirilir:

"Böyük təəssüf hissi ilə bildiririk ki, COVID-19 koronavirus pandemiyası səbəbindən Formula 1 Azərbaycan Qran Prisi 2020 ləğv olunur. Sevimli yarışımızın 2020-ci ildə baş tutması üçün hər fürsəti araşdırdıq, lakin bütün səylərimizə baxmayaraq bunun mümkün olmayacağını anladıq. Azərbaycan xalqının, dəyərli Formula 1 azarkeşlərinin, həmçinin Formula 1 əməkdaşlarının sağlamlığı və təhlükəsizliyi naminə bu qərarı verməli olduq".

 

Azərbaycan qran-prisi iyunun 5-7-də keçirilməli idi.

Xəbər xətti