Teymur Rəcəbov Maqnus Karlsenin turnirinə dəvət aldı

17:45 - 12 İyun 2020

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi üçüncü “Online Chess Masters”in iştirakçıları müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, turnirdə 12 şahmatçı iştirak edəcək. Azərbaycanı turnirdə Teymur Rəcəbov təmsil edəcək.

 

Turnirin mükafat fondu 150 min dollardır. Qalib 45 min dollar qazanacaq. Yarış iyunun 20-dən iyulun 5-dək təşkil ediləcək.

Xəbər xətti