Messidən növbəti rekord

10:51 - 15 İyun 2020

"Barselona"nın kapitanı Lionel Messi İspaniya La Liqasında növbəti rekorda nail olub.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı hücumçu çempionatın 28-ci turunda "Malyorka" ilə səfər matçında bunu reallaşdırıb. Argentinalı futbolçu 4:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Bununla da, Messi İspaniya çempionatının son 12 mövsümündə ardıcıl azı 20 qol vurmağı bacarmış ilk futbolçu olub.

Xəbər xətti