Hacı Əliyev virtual yarışda ikinci oldu

11:11 - 15 İyun 2020

Dünya güləş birliyinin “Instagram” səhifəsində 16 sərbəst güləşçi arasında virtual yarış başa çatıb.

 

Sportal.az xəbər verir ki, onlayn turnirdə üçqat dünya və Avropa çempionu Hacı Əliyevin finaldakı rəqibi iranlı Olimpiya çempionu Həsən Yazdani olub.

 

Səsvermədə iranlı idmançı cüzi üstünlüklə 1-ci olub. Yazdani 87111, Əliyev isə 76953 səs yığıb. Yalnız finalda az səs toplayan Hacı Əliyev 2-ci yeri tutub.

Xəbər xətti