Fabreqas: "Arteta bəzi dəyərləri "Arsenal"a qaytarmağı bacarıb"

14:41 - 15 İyun 2020

"Monako"nun yarımmüdafiəçisi Sesk Fabreqas "Arsenal"ın çalışdırıcısı Mikel Arteta və "Çelsi"nin baş məşqçisi Frenk Lempardın işi ilə bağlı danışıb.

 

Sportal.az xəbər verir ki, ispan futbolçu London klublarının risk etdiyini deyib:

 

"Çelsi" postu Lemparda təhvil verməklə böyük risk etdi. Çünki o, baş məşqçi kimi ikinci ilinə keçirdi. "Arsenal" da Artetanı baş məşqçi təyin etməklə demək olar ki, eyni addımı atdı. O, 10 ildir ki, Xosep Qvardiola ilə birlikdə idi və digər gənc məşqçilər kimi özünü sınamaq istəyirdi.

 

Mikel olduqca yaxşı başladı və bəzi dəyərləri "Arsenal"a qaytarmağı bacarıb. Aydındır ki, "Çelsi" ilə müqayisədə "Arsenal"da işləmək hazırda daha çətindir. Artetanın "Arsenalı"nın Lempardın "Çelsi"sindən daha çox işi var. Hər ikisi çox gəncdir. Bundan əlavə, Arteta mövsümün gedişində gəldi. Ancaq gələcəkdə daha yaxşı yetişəcəklərinə inanıram. Növbəti mövsüm onlar daha yaxşı ola bilər". 

Xəbər xətti