"Tottenhem" Silva ilə maraqlanır

15:42 - 15 İyun 2020

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo PSJ ilə müqaviləsi başa çatacaq Tyaqo Silvanı komandasında görmək istəyir.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis braziliyalı futbolçunun komandadan ayrılacağı gözlənilən Yan Vertongenin əvəzinə alınmasının arzulayır.

 

35 yaşlı müdafiəçi ilə "Arsenal" və "Everton" da maraqlanır.

 

PSJ-nin idman direktoru Leonardo təcrübəli futbolçunun müqaviləsini uzatmayacaqlarını açıqlamışdı.

 

Paris klubu Silvanı 2012-ci ildə "Milan"dan 42 milyon avroya transfer edib. Arxa xətt oyunçusu bu mövsüm 30 oyunda 1 qol vurub, 1 assist edib.

 

Xəbər xətti