Azərbaycan vətəndaşlığından imtina edən futbolçu Rusiya Premyer Liqasında

15:47 - 15 İyun 2020

Rusiyanın “Ural” klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi David Qarayevlə müqavilə imzalayıb. 25 yaşlı hücumçu ilə bağlanan sözləşmənin şərtləri açıqlanmayıb.

 

Qarayev yeni mövsümdən rəsmi matçlarda meydana çıxa bilər. Davidin son klubu "Kamaz" olub. O, Azərbaycanın U-18 millisində çıxış edib. Ötən illərdə Qarayev Azərbaycan vətəndaşlığından imtina edib. O, bunun səbəbini belə açıqlamışdı:

 

"Azərbaycan yığmasına dəvət aldğım vaxt bir çox əcnəbini, məsələn, ukraynalıları milliləşdirdilər. O vaxt Avropa çempionatına qatıldıq və Rusiya Futbol İttifaqı üçün yəqin ki, səhvən əcnəbi sayıldım. Çünki Azərbaycanın gənclərdən ibarət komandasında bir neçə oyun keçirmişdim. Mən isə yalnız Rusiya vətəndaşlığını istəyirdim. Belə halda mənə daha asan olurdu. Bu vəziyyətdə vətəndaşlığı geri qaytarmaq çətindir. Ancaq Azərbaycan tərəfi buna razılıq verdi”.

Xəbər xətti