"Qarabağ"a Selmani transferində yeni rəqiblər

16:35 - 15 İyun 2020

Adı "Qarabağ"la hallanan Türkiyənin "Menemenspor" klubunun qapıçısı Gentian Selmani ilə bağlı yeni iddia ortaya atılıb.

 

Sportal.az xəbər verir ki, I Liqa təmsilçisinin qolkiperi ilə "Olimpiakos", "Spartak" (Moskva), "Bolonya" və "Saraqosa" klubları da maraqlanır.

 

Albaniyanın U-21 millisində oynamış qapıçının Türkiyə klubu ilə müqaviləsi 2021-ci ilin yayında tamamlanacaq. 22 yaşlı əlcək sahibi 2019-cu ildə Albaniyanın "Laçi" klubundan "Menemenspor"a keçib. Selmani bu mövsüm 28 oyun keçirib.

Xəbər xətti