Fərid Nəbiyev vurduğu qolla qələbədə iştirak etdi

23:23 - 15 İyun 2020

Çexiya 2-ci liqasında 23-cü tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya Jijkov” evdə "Trineç"ə 3:1 hesabı ilə qalib gəlib.

 

Nəbiyev start heyətdə meydana çıxıb və 59-cu dəqiqədə əvəzlənib. 20 yaşlı yarımmüdafiəçi 2-ci dəqiqədə hesabı açıb. Bununla da, Fərid çempionatda bu mövsüm 2-ci qolunu vurub.

 

“Viktoriya Jijkov” 41 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti