İmmobile Premyer Liqa klubuna keçə bilər

15:07 - 16 İyun 2020

Səudiyyə Ərəbəsitanı şahzadəsi Səlmanın səhmlərini alacağı gözlənilən "Nyukasl"ın səs-küylü transferlər reallaşdıracağı gözlənilir.

 

Sportal.az "La Gazetta dello Sport"a istinadla xəbər verir ki, "sağsağanlar" "Latsio"nun hücumçusu Çiro İmmobileni transfer etməyə çalışacaq. Premyer Liqa təmislçisi 30 yaşlı futbolçunun keçidi üçün 55 milyon avro təzminat ödəməyə hazırdır.

 

Klub italiyalı futbolçuya illik 8 milyon avro maaş ödəməyə hazırdır.

 

İmmobile bu mövsüm Roma klubunda 33 oyunda 30 qol vurub, 7 assist edib.

 

Xəbər xətti