İbrahimoviçin dönüş vaxtı

17:50 - 16 İyun 2020

Mayda məşqdə zədələnən Zlatan İbrahimoviçin geri dönəcəyi vaxt müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, isveçli futbolçu iyunun 28-i İtaliya A Seriyasında "Roma" ilə keçiriləcək oyuna hazır olacaq.

 

38 yaşlı hücumçunun "qırmızı-qaralar"la müqaviləsi iyunun 30-da bitəcək. İbrahimoviç qış fasiləsində qoşulduğu "Milan"da 10 oyun keçirib və 4 qol vurub.

Xəbər xətti