"Neftçi"nin avtobusu qəzaya düşdü - FOTOLAR

21:34 - 16 İyun 2020

"Neftçi"nin əsas komandasını aparan avtobus qəzaya uğrayıb. Hadisə Heydər Əliyev prospektində - komanda üzvləri məşq üçün klubun bazasına gedərkən baş verib.

 

Sportal.az xəbər verir ki, qəza yolda hərəkət edən taksi sürücüsünün ötmə əməliyyatını uğursuz icra etməsi üzündən yaşanıb. Sağ tərəfdə hərəkət taksi avtomobili qarşısındakı maşını keçmək istəyərkən qəflətən sol tərəfdə gedən "Neftçi"nin avtobusunun qarşısına çıxıb. Xoşbəxtlikdən avtobusun sürücüsü vaxtında əyləci basa bilib və heç kim xəsarət almayıb.

 

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

 

Fotolar: futbolpress.az

 

Xəbər xətti