"Barselona" autsayderi əliboş yola saldı - VİDEO

11:11 - 17 İyun 2020

İspaniya La Liqasının 29-cu turunun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, “Barselona” evdə “Leqanes”i 2:0 hesabı ilə məğlub edib.

 

Xallarının sayını 64-ə çatdıran “Barselona” liderliyini davam etdirir. "Real" 59 xalla 2-ci, "Sevilya" 51 xalla 3-cüdür. 23 xalı olan "Leqanes" 20-ci yerdə qərarlaşıb.

 

"Barselona" - "Leqanes" - 2:0

Qollar: Ansu Fati, 42, Lionel Messi, 69 (pen.)

Qeyri-dəqiq penalti: Antuan Qrizmann, 64 ("Barselona")

 

Xəbər xətti