Bundesliqaya vəsiqə qazanan ilk komanda

11:15 - 17 İyun 2020

Almaniya II Bundesliqasında mübarizə aparan "Arminiya"nın növbəti mövsümdən Bundesliqada oynayacağı dəqiqləşib.

 

Sportal.az xəbər verir ki. Bilefeld təmsilçisi çempionatın sonuna iki tur qalmış aşağı liqada çempionluğunu rəsmiləşdirib. "Arminiya" 11 illik fasilədən sonra Bundesliqaya qayıdıb.

 

Bundesliqada isə aşağı liqaya düşəcək ilk komanda məlum olub. Sona iki tur qalmış "Paderborn"un gələn mövsümdən II Bundesliqada mübarizə aparacağı dəqiqləşib.

Xəbər xətti