"Neftçi" Dabo barədə qərar verdi

16:08 - 17 İyun 2020

"Neftçi" "Qarabağ"ın forması ilə görüntüsü yayılan futbolçusu Baqali Dabo barədə açıqlama yayıb.

 

Sportal.az xəbər verir ki, klub fransalı futbolçuya qarşı maliyyə sanksiyasını tətbiq etdiyini bəyan edib:
 

"Neftçi” ailəsinə qarşı bu cür hörmətsizliyi qəbuledilməz hesab edərək, ötən gün ərzində məsələ ilə bağlı intizam dinləməsi keçirib və futbolçuya davranışına görə öz mövqeyini bildirmək imkanı yaradıb. Aparılan müvafiq müzakirələrdən sonra heç bir əsaslandırma olmadığına görə artıq futbolçuya qarşı maliyyə sanksiyasını tətbiq etmək haqqında qərar qəbul olunub. Həmçinin məşqçilər korpusunun rəyi əsasında, futbolçu təxirə salınan futbol mövsümünün qalan hissəsi üçün komandanın planlarına daxil olmadığına görə qüvvədə olan müqavilənin başa çatdığı günə – 30 iyun 2020-ci il tarixinə qədər fərdi məşqlərlə kifayətlənəcək".

 

Baqali Dabonun həyat yoldaşı Tuğba sosial şəbəkə hesabında oyunçunun “Qarabağ”ın formasını geyindiyini əks etdirən video paylaşıb.

Xəbər xətti