UEFA Çempionlar Liqası və Avropa Liqasını bu formatda keçirəcək

16:45 - 17 İyun 2020

Çempionlar Liqasında mövsümün qalan hissəsi "8-lər" formatında Lissabonda baş tutacaq.

 

Sportal.az xəbər verir ki, iyulun 10-da püşkatma mərasimi keçiriləcək. 1/4 finalda komandalar arasında bir oyunun keçirilməsi nəzərdə tutulub. "8-lər" finalı avqustun 12-dən 23-dək reallaşacaq.

 

1/8 finalın yerdə qalan cavab oyunları avqustun 7-8-də keçiriləcək.

 

Avropa Liqasının oyunları da eyni formatla keçiriləcək və matçlar Almaniyada təşkil ediləcək.

 

UEFA Super Kuboku isə Budapeştdə baş tutacaq.

Xəbər xətti