Avrokuboklarda yeni mövsümün TƏQVİMİ

21:53 - 17 İyun 2020

UEFA avrokuboklarda 2020/21 mövsümünün təqvimini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Çempionlar Liqasında yeni mövsümə avqustun 8-i, Avropa Liqasında isə avqustun 20-si start veriləcək.

 

ÇL-də 1,2, 3-cü təsnifat mərhələləri, AL-də isə 1,2, 3-cü təsnifat və pley-off mərhələləri bir oyundan ibarət olacaq. Meydan sahibi komanda püşkə əsasən müəyyənləşəcək.

 

Çempionlar Liqasının təqvimi

İlkin mərhələ: 8 avqust və 11 avqust
1-ci təsnifat mərhələsi: 18/19 avqust
2-ci təsnifat mərhələsi: 25/26 avqust
3-cü təsnifat mərhələsi: 15/16 sentyabr
Pley-off mərhələsi: 22/23 sentyabr və 29/30 sentyabr
Qrup mərhələsi: 20/21 oktyabr, 27/28 oktyabr, 3/4 noyabr, 24-25 noyabr, 1-2 dekabr, 8-9 dekabr

 

Avropa Liqasının təqvimi

İlkin mərhələ: 20 avqust
I təsnifat mərhələsi: 27 avqust
II təsnifat mərhələsi: 17 sentyabr
III təsnifat mərhələsi: 24 sentyabr
Pley-off mərhələsi: 1 oktyabr
Qrup mərhələsi: 22 oktyabr, 29 oktyabr, 5 noyabr, 26 noyabr, 3 dekabr, 10 dekabr.

Xəbər xətti