Azərbaycan klublarının avrokuboklarda rəqibləri bu tarixlərdə müəyyənləşəcək

12:34 - 19 İyun 2020

UEFA Çempionlar Liqası və Avropa Liqasında 2020/2021 mövsümünün püşkatma mərasimlərinin vaxtları bəlli olub. 

 

Sportal.az xəbər verir ki, ÇL-də ilkin və I təsnifat mərhələsinin püşkü avqustun 9-da atılacaq. Azərbaycanı turnirdə təmsil edəcək "Qarabağ"ın rəqibi həmin gün müəyyənləşəcək.

 

Avropa Liqasında I təsnifat mərhələsinin püşkü avqustun 10-da atılacaq. “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın rəqibləri həmin tarixdə bəlli olacaq. 

 

ÇL-də püşkatma tarixləri:

I təsnifat mərhələsi - 9 avqust
II təsnifat mərhələsi - 10 avqust
III təsnifat mərhələsi - 31 avqust
Pley-off mərhələsi - 1 sentyabr
Qup mərhələsi - 1 oktyabr


AL-də püşkatmaları:
I təsnifat mərhələsi - 10 avqust
II təsnifat mərhələsi - 31 avqust
III təsnifat mərhələsi - 1 sentyabr
Pley-off mərhələsi - 18 sentyabr
Qrup mərhələsi - 2 oktyabr.

Xəbər xətti