Azərbaycan klubları ölkə xaricinə yollanmayacaqlar - Qəbələdə turnir təşkil ediləcək

13:04 - 19 İyun 2020

Koronavirus pandemiyasına görə Azərbaycanda 2020/21 mövsümü erkən başa çatdı. Klublar tezliklə yeni mövsümün hazırlıqlarına başlayacaqlar.

 

Sportal.az xəbər verir ki, əvvəlki illərdən fərqli olaraq, bu dəfə klublar ölkə xaricinə üz tutmayacaq. Koronavirus pandemiyasına görə komandalar ölkə daxilində hazırlaşacaq.

 

Qəbələdə klublar arasında turnir təşkil ediləcək. "Gabala Cup" turnirinin hansı tarixdə keçiriləcəyi və neçə komandanın qatılacağı hazırda dəqiq bilinmir. 

 

Bundan əlavə, divizion klubları üçün də turnir təşkil ediləcək.

Xəbər xətti