"Ronaldonun gedişi La Liqaya təsir etmədi"

16:00 - 19 İyun 2020

İspaniya Peşəkar Futbol Liqasının Xavyer Tebas açıqlama verib.

 

Sportal.az RAC1-ə istinadla xəbər verir ki, o, "Real"dan "Yuventus"a transfer olan Kriştiano Ronaldonun gedişinin La Liqaya ciddi təsir etmədiyini deyib:

 

"Ronaldonun gedişi "Yuventus"u üzmüş olsa da, çempionata ciddi təsir etmədi. Çünki La Liqa markasını futbolçuların önünə keçirtmək üçün illərini sərf edib. Ancaq Lionel Messidə vəziyyət fərqlidir. O, futbol tarixinin ən yaxşısıdır. Karyerası ərzində La Liqada oynadığı üçün şanslıyıq. Messi buradan ayrılarsa, əminəm ki, yoxluğunu hiss edəcəyik. Əlbəttə, onun gedişi fəlakət olmayacaq, çünki yayım müqavilələrini imzalamışıq. Ancaq önəmli olan Messinin dəyəridir. Leo hər zaman bizi razı salır".

Xəbər xətti