"Qarabağ"ın mükafatlandırılma mərasimində dəyişiklik - PFL-dən açıqlama

15:04 - 20 İyun 2020

2019/2020-ci illər mövsümünün qalibi elan edilmiş “Qarabağ” bu gün mükafatına qovuşacaq. 

 

Sportal.az xəbər verir ki, "Azersun Arena"da keçiriləcək tədbirin vaxtında və planında müəyyən dəyişiklik edilib.


Tədbir əvvəlcədən nəzərdə tutulduğu kimi 20:50-də deyil, 19:00-da keçiriləcək. Mükafatlandırma mərasimi canlı yayımlanmayacaq və KİV nümayəndələri üçün qapalı olacaq.


Medallar və kuboku PFL prezidenti Ramin Musayev tədqim edəcək.

 

Xəbər xətti