"Neftçi" "Keşlə"nin futbolçusunu transfer etdi - RƏSMİ

22:59 - 20 İyun 2020

"Neftçi” PFK 2020/2021 mövsümü üçün ilk transferini rəsmiləşdirib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi "Keşlə"dən Cabir Əmirlini heyətinə qatıb. Onunla 2 illik müqavilə bağlanıb. 23 yaşlı müdafiəçi 2 nömrəli formanı geyinəcək.

 

Bunadək "Keşlə”də keçirdiyi 4 mövsüm ərzində meydana çıxdığı 54 oyunda 1 qola imza atmış Əmirli Azərbaycan U-21 milli komandasında da çıxış edib.

Xəbər xətti