"Qarabağ" üç futbolçu ilə yollarını ayırdı

23:03 - 20 İyun 2020

"Qarabağ" 3 futbolçu ilə yolları ayırıb.

 

Sportal.az xəbər verir ki, braziliyalı qapıçı Vaqner da Silva, onun həmyerlisi Aylton Silva və mərakeşli müdafiəçi Faysal Rerrasla başa çatan müqavilə yenilənməyib. Sonuncu ilə 1 illik artırılma variantı olsa da, klub buna ehtiyac görməyib.

 

Məlumatı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov verib. O, sözügedən oyunçularla bu gün yolların ayrıldığını söyləyib.

 

Bundan əlavə, komandanın kapitanı Rəşad Sadıqov karyerasını başa vurub.

Xəbər xətti