Rahid Əmirquliyev "Keşlə"də?

15:49 - 21 İyun 2020

Yeni mövsüm Avropa Liqasında çıxış edəcək "Keşlə" heyətdə ciddi dəyişikliklər edəcək.

 

Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Tərlan Əhmədov sərəncamında bir neçə təcrübəli futbolçunu görmək istəyir.

 

"Səbail"in yarımmüdafiəçisi Rahid Əmirquliyev azad agent statusu ilə paytaxtda klubunu dəyişə bilər. Onun "Keşlə" ilə danışıqlar apardığı bildirilir.

 

Rahid Əmirquliyev 2018-ci ildə "Qarabağ"dan "Səbail"ə keçmişdi. 30 yaşlı futbolçu bu mövsüm 24 oyunda 1 assist edib.

Xəbər xətti