"Liverpul"un keçmiş hücumçusu 31 yaşında karyerasını bitirdi

15:55 - 22 İyun 2020

"Liverpul"un keçmiş hücumçusu David Nqoq karyerasını bitirib.

 

Sportal.az xəbər verir ki, bu barədə 31 yaşlı hücumçunun son dəfə çıxış etdiyi "Jalqris" klubu məlumat yayıb. Fransalı hücumçu fevral ayında Litva klubuna keçmişdi.

 

PSJ-nin yetirməsi "Liverpul"la yanaşı, "Bolton", "Suonsi", "Reyms", "Panionios", "Ross Kaunti", "Honved" kimi klublarda çıxış edib.

Xəbər xətti