Mario Qomes karyerasını bitirir

11:52 - 23 İyun 2020

Almaniya millisinin keçmiş üzvü Mario Qomes karyerasını bitirməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, "Ştutqart"ın hücumçusu II Bundesliqanın 34-cü turunda "Darmştadt"la oyunda son dəfə yaşıl meydanlara ayaq basacaq.

 

Mario peşəkar karyerasına "Ştutqart"da başlayıb. 34 yaşlı futbolçu "Bayern", "Fiorentina", "Beşiktaş" və "Volfsburq"da çıxış etdikdən sonra 2017/18 mövsümündə "Ştutqart"a qayıdıb. Almaniya ilə DÇ-2014-ün qalibi olmuş təcrübəli sima yığmada 78 oyunda 31 qol vurub.

 

Xəbər xətti