"Mançester Yunayted"də yeni müqavilə

13:41 - 23 İyun 2020

"Mançester Yunayted"də yeni müqavilə qeydə alınıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" yetirməsi Skott Maktomineylə yeni müqavilə imzalayıb. 23 yaşlı yarımmüdafiəçi ilə 2025-ci il iyunun 30-dək saziş bağlanılıb.

 

Şotlandiyalı futbolçu bu mövsüm 28 oyunda 5 qol vurub, 1 assist edib.

Xəbər xətti