"Beşiktaş"dan ayrılır - agenti təsdiqlədi

18:03 - 23 İyun 2020

"Beşiktaş"da daha bir ayrılıq reallaşmaq üzrədir.

 

Sportal.az xəbər verir ki, Caner Erkin İstanbul klubundan ayrılacaq. Bu barədə futbolçunun agenti Batur Altıbarmaq məlumat verib. O, mövsüm başa çatdıqdan sonra 31 yaşlı müdafiəçinin klubda qalmayacağını söyləyib.

 

Caner Erkin 2016-cı ildən "Qara qartallar"da çıxış edir. Türkiyə millisinin üzvü daha öncə "Manisaspor", ÇSKA (Moskva), "Qalatasaray", "Fənərbaxça" və "İnter" klublarında da çıxış edib.

Xəbər xətti